Telekanallardan Fransa çempionatına zərbə

Futbol üzrə Fransa çempionatının teleyayımını həyata keçirən telekanallar pul ödənişini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumatda, “beİNSports” və “Canal+” telekanallarının koronavirus Liqa 1 və Liqa 2-yə pul ödənişini dayandırdığı bildirilib. Buna səbəb koronavirus pandemiyası səbəbiylə turnirlərin dayandırılmasıdır. Telekanallar pandemiya səbəbiylə yaranan iqtisadi çətinliyi azaltmaq üçün bu addımı atıblar.