Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlandı

12-13 iyun tarixlərində Şuşa şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Komanda.az xəbər verir ki, 3×3 qadın millimizlə yanaşı ikisi klub komandası olmaqla ümumilikdə 8 kollektiv bu yarışda iştirak edəcək.

İştirakçı komandaları təqdim edirik: Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə, Azərbaycan 3×3 qadın yığma komandaları, Yaponiyanın “G FLOU” və Bakının “Neftçi” klubu.

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları Şuşa şəhər “Tut Bağı”nda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button