Super seriyada ümumi hesab bərabərləşdi

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ikinci oyunu baş tutub.

Komanda.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunun sonuna yaxın üstünlüyü əldən verən “Sabah” komandası 74:78 hesabı ilə məğlub olublar.

Bu qələbə ilə “Gəncə” seriyadakı hesabı bərabərləşdirib – 1:1.

Final seriyasının üçüncü oyunu mayın 24-də saat 19:30-da baş tutacaq.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (14 xal, 7 ribaund), “Sabah”dan isə Entoni Patti (26 xal, 14 ribaund) olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button