Super Liqa klubundan daha bir transfer

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Daniyel Aleksiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Serbiya yığmasında da oynamış Aleksiç, karyerası ərzində bir çox klublarda forma geyinib. “Voyvodina”, “Cenoa”, “Qroyter”, “Sent-Etyenn”, “Lexiya”, “Senkt-Qallen” kimi komandalarda çıxış etdikdən sonra 2018/19 mövsümünü Türkiyənin “Yeni Malatyaspor” klubunda keçirən futbolçu bu il “Əl-Əhli”yə transfer olunmuşdu. Amma o, bu komandada möhkəmlənə bilmədiyi üçün yenidən Türkiyəyə qayıtmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button