Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Mətin Diyadinə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

“Əskişəhərspor”, “Rizəspor”, “Trabzonspor”, “Orduspor”, “Kasımpaşa”, “Gənclərbirliyi” kimi klubları çalışdırmış Diyadin, son olaraq “Göztəpə”nin baş məşqçisi olub. O, 2014-cü ildən işsiz idi.

Xatırladaq ki, “Ankaragücü”nü son olaraq Mustafa Kaplan çalışdırırdı. Lakin o, iyun ayında istefa vermişdi. Həmin dövrdən bəri Ankara təmsilçisində baş məşqçi vəzifəsini müvəqqəti olaraq klubun idman direktoru Adnan Erkan yerinə yetirirdi. Komanda yeni mövsümə də onun rəhbərliyi altında hazırlaşıb. Super Liqanın geridə qalan 3 turunda onun çalışdırdığı kollektiv 1 qələbə, 2 heç-heçə sayəsində 5 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.