Super Liqa klubu baş məşqçi ilə vidalaşdı

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Komanda.az xəbər verir ki, “Eyüpspor” Atila Gerinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Atila Gerin bu ilin yanvarında “Eyüpspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. İstanbul təmsilçisi Super Liqada mövsümü 33 xalla 15-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button