
“Sumqayıt”ın hücumçusu Premyer Liqada yubiley qolunu vurub
“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasında 20-ci qolunu vurub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi 13-cü tura təsadüf edib.
32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə adını tabloya yazdırıb. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.
Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



