“Sumqayıt”ın futbolçusu üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 26-cı turu “Sumqayıt”ın futbolçusu Arif Daşdəmirov üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan çempionatlarında 300-cü matçını keçirib. Yubiley “Neftçi” ilə səfərdəki qarşılaşmaya təsadüf edib. 3:2 hesablı qələbəyə sevinən futbolçu “Sumqayıt”da 22-ci matçında forma geyinib.

Azərbaycanda 2005/06 mövsümündə debüt edən futbolçu, 300 oyunda 14 qol vurub. O, indiki klubunadək “Şahdağ”da 19 (2 qol), “MKT-Araz”da 22 (2 qol), “Masallı”da 20 (1 qol), “Standard”da 16, “Qəbələ”də 48 (1 qol), “İnter”də (indiki “Keşlə”) 138 (8 qol), “Qarabağ”da 15 oyun keçirib.

Daşdəmirov Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirən 20-ci futbolçudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button