“Sumqayıt”dan ardıcıl 4-cü məğlubiyyət

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Rumıniya təmsilçisi “Petrolul” ilə qarşılaşıb. “Sumqayıt” bu oyunda 0:2 hesabı ilə məğlub olub.

Beləliklə, “Sumqayıt” 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha öncə keçirdiyi sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası “Keçiörengücü” ilə “Qaziantep”ə 1:2, “Sivasspor”a isə 0:2 hesabıyla uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button