“Sumqayıt”da 6 yeni müqavilə

“Sumqayıt” klubu akademiyasının 6 futbolçusu ilə peşəkar müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Belə ki, qapıçı Xəyal Fərzullayev, müdafiəçilər Nihad Ağayev, Nurlan Bayramov, yarımmüdafiəçilər Tural Axverdiyev, Rüstəm Hümbətov və hücumçu Əjdər Hacılı 3 illik müqavilə imzalanıb.