6 il həbs cəzası alan futbolçu apellyasiya şikayəti verib

“Spartak”ın (Rusiya) niderlandlı hücumçusu Kvinsi Promesin nümayəndələri Amsterdam məhkəməsinin narkotik qaçaqmalçılığı işi üzrə qərarından apellyasiya şikayəti verib.

Komanda.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, qərar qəbul edildikdən sonra vəkil onun adından apellyasiya şikayəti verib.

Amsterdam məhkəməsi 32 yaşlı Promesi narkotik qaçaqmalçılığına görə 6 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, Niderland prokurorluğu onun 9 mülkünü müsadirə edib.

Promes “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün 2023-cü ildə 1,5 illik həbs cəzası almışdı. Hadisə 2020-ci ildə baş vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button