
Rusiya klubu “Beşiktaş”ın daha bir futbolçusuna göz dikib
“Spartak” müdafiəçi Feliks Uduokhainin transferi üçün “Beşiktaş”la danışıqlar aparmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunçunun Türkiyə klubu ilə müqaviləsinin müddətinin bitməsinə bir il qalıb və “qara qartallar” da bu yay onunla yollarını ayırmağa hazırdır. Almaniyalı futbolçunun özü də “Spartak”a keçməyə razıdır.
Rusiya klubu daha əvvəl “Beşiktaş”dan portuqaliyalı yarımmüdafiəçi Jedson Fernandesi transfer edib.
Uduokhai bu mövsüm bütün yarışlarda 19 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


