Koronavirus qaydalarını pozan futbolçulara 6 oyunluq cəza

Şotlandiyanın “Reyncers” klubunun 5 futbolçusu cəzalandırılıb.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisində Natan Patterson, Bonqani Zunqu, Kalvin Bassi, Dapo Mebude və Bryan Kinner koronavirus qaydalarını pozduqları üçün 6 oyunluq cəza alıb. Bu barədə Şotlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçular fevral ayında koronavirus qaydalarına məhəl qoymayaraq, gizli partidə iştirak etmişdilər.