Markizio İtaliyaya qayıdır

Son klubu “Zenit” olan Klaudio Markizionun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Breşiya” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Markizio A Seriyasının debütantı ilə 2 illik sözləşmə imzalayacaq.

“Yuventus”un yetirməsi olan Markizio, 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib.