Hamşikin yeni klubu rəsmən açıqlandı

Slovakiya milli komandasının futbolçusu Marek Hamşik karyerasını İsveçdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Göteborq” klubuna keçib. Bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hamşik ilə müddəti avqusta qədər olan müqavilə imzalanıb.

Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Yarımmüdafiəçi Slovakiya yığmasında 122 oyunda 25 qol vurub.