Slovakiya – Azərbaycan: Statistika kimin xeyrinədir?

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Slovakiya yığmasının qonağı olacaq.

Komanda.az xəbər verir ki, millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qarşılaşıb.

1996, 2014, 2016 və 2022-ci illər Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.

27.10.1995 AÇSO Slovakiya – Azərbaycan 2:0

30.03.2013 AÇSO Slovakiya – Azərbaycan 1:2

15.09.2015 AÇSO-pley-off Azərbaycan – Slovakiya 3:1

22.09.2015 AÇSO-pley-off Slovakiya – Azərbaycan 1:1

26.10.2019 DÇSO Azərbaycan – Slovakiya 2:0

01.02.2020 DÇER Slovakiya – Azərbaycan 3:3

29.01.2021 AÇSM Azərbaycan – Slovakiya 4:1