“Skudettoya layiq idik” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının İtaliya A Seriyasının çempionu olmasından danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, Pioli, çempionluğa layiq olduqlarını bildirib:

“Biz skudettoya layiq idik. Mövsüm ərzində sabit çıxış etdk. Çətin matçlarda qalib gəldik, derbidə rəqibimizdən üstün olduq, Romada iki dəfə qalib gəldik. Rəhbərliyimiz bizə güvən verdi. Komandamızın hər bir üzvı əlindən gələni etdi”.

“Milan” son turda “Sassuolo”nu 3:0 hesabıyla məğlub edərək, İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button