Xavi komandasındakı ab-havadan razıdır

“Tottenhem”in yarımmüdafiəçisi Xavi Simons oyunçularla baş məşqçi Roberto De Zerbi arasındakı münasibət haqda danışıb.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu bunu deyib:

“Bizim komandamızda oyunçular və məşqçilər heyəti arasında həqiqətən yaxşı bir əlaqə var”.

De Zerbi bu ilin mart ayında “Tottenhem”ə baş məşqçi təyin olunub və komandanın İngiltərə Premyer Liqasında yerini qorumasına kömək edib. Komanda 38 matçdan sonra 41 xalla turnir cədvəlində 17-ci yeri tutub.

Simons 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button