
Arauxo “Barselona”dan ayrıla bilər
“Barselona”nın müdafiəçisi Ronald Arauxonun komandadan ayrılacağı ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Kataloniya klubunda Pau Kubarsi, Jerar Martin və Erik Qarsiya toxunulmaz futbolçular hesab olunur. Andreas Kristensen isə bu yaxınlarda yeni müqavilə imzalayıb. Belə vəziyyətdə ehtiyat oyunçu rolundan narazı qala biləcək Arauxonun komandadan ayrılmaq istəyi istisna edilmir.
Uruqvaylı müdafiəçi transfer olunmaq istədiyini bildirərsə, “Barselona” onun yerinə yeni mərkəz müdafiəçisi transfer etməyə çalışacaq.
27 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər. “Transfermarkt” portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.
Bizi Facebook-da izləyin



