Silva İtaliya klubuna keçməkdən imtina edib

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Yuventus”a keçməkdən imtina edib və İtaliya təmsilçisi ilə müqavilə imzalamayacaq. Silva bunun əvəzinə karyerasını İspaniyada davam etdirməyə üstünlük verir. Onunla İspaniyanın top-klubları – “Barselona”, “Real” və “Atletiko” ciddi şəkildə maraqlanır.

“Mançester Siti”yə 2017-ci ildə “Monako”dan 50 milyon avroya transfer olunan 31 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti bu il iyunun 30-na qədərdir. O, bu mövsüm bütün turnirlərdə 52 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button