
Silva “Atletiko”ya “yox” deyib
“Mançester Siti”nin sabiq kapitanı Bernardo Silva karyerasını “Atletiko”da davam etdirməyə yaxın görünmür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin əsas namizədlərindən biri hesab olunsa da, onu razı sala bilməyib. Tərəflər arasında aparılan danışıqlar uğursuz nəticələnib və Silva təklifi geri çevirib.
Portuqaliyalı futbolçunun əsas prioriteti isə “Barselona” olaraq qalır. O, hazırda Kataloniya klubunun transfer əməliyyatını yekunlaşdırmasını gözləyir.
Silva doqquz illik karyeradan sonra “Mançester Siti”dən azad agent kimi ayrılıb. O, ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxaraq, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



