Şeydayev oynamadı, “Dinamo” darmadağın oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rostov”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı yenə sonadək ehtiyatda qalıb.

“Dinamo” 11 turdan sonra 10 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button