“Sevilya”dan yeni transfer

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi “Eybar”ın yarımmüdafiəçisi Xoan Xordanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı ispaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmır.

“Espanyol”un yetirməsi olan Xordan, “Eybar”da 2017-ci ildən çıxış edirdi. O, 2016/17 mövsümündə icarə əsasında “Valyadolid”in də formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button