“Atletik” yarımfinalda

Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Sevilya” səfərdə aşağı liqa təmsilçisi “Almeriya” ilə qarşılaşıb. La Liqa təmsilçisi bu oyunda minimal hesabla qalib gəlməklə ilk yarımfinalçı olub.

İkinci oyun günündə “Levante” “Vilyarreal”la, “Qranada” “Barselona” ilə üz-üzə gəlib. Hər iki oyunda qalib əlavə vaxtda müəyyənləşib. “Levante” və “Barselona” çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Sonuncu oyun günündə “Betis”lə “Atletik” üz-üzə gəlib. Bilbao təmsilçisi bu görüşdə penaltilərlə qalib gələrək yarımfinala vəsiqəni təmin edib.

İspaniya kuboku, 1/4 final

2 fevral

Almeriya – Sevilya 0:1
Qol
: Okampos, 67.

3 fevral

Levante – Vilyarreal 1:0
Qol
: Rocer, 120+1.

Qranada – Barselona 3:5
Qol
: Kenedi, 33. Soldado, 47. Fede, 103-pen – Qrizmann, 88; 100. Alba, 90+2; 113. De Yonq, 108.

4 fevral

Betis – Atletik 1:1 (penaltilər 1:4)
Qol
: Xuanmi, 84 – R.Qarsiya, 90+4.