Vlahoviç İspaniya klubuna təklif olunub

“Yuventus”un hücumçusu Duşan Vlahoviçin komandadan ayrılması gündəmdəir.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 24 yaşlı forvardın xidməti “Atletiko”ya təklif edilib. Madridlilər onu azad agent kimi heyətinə qatmaq imkanını nəzərdən keçirə bilər.

Serbiyalı forvard 2022-ci ilin yanvarından etibarən “Yuventus”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti gələn ayın sonuna qədərdir.

Vlahoviç cari mövsümdə İtaliya A Seriyasında 17 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button