Vlahoviç üç klubun hədəfindədir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yanvar transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Serbiyalı forvardla bir neçə klub maraqlanır. Söhbət “Çelsi” və “Tottenhem”, eləcə də “Milan”dan gedir. Vlahoviç isə karyerasını İngiltərədə davam etdirmək variantına üstünlük verir.

O, cari mövsümdə A Seriyasında 13 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button