
“Yuventus” seneqallı hücumçunu “gözaltı edib”
“Çelsi”nin hücumçusu Nikolas Cekson “Yuventus”un transfer siyahısında əsas namizədlərdən birinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi Luçano Spalletti heyətdə iki güclü forvardın olmasını istəyir. Ancaq ikinci hücumçunun transferi klubun satışlardan əldə edəcəyi gəlirdən asılı olacaq.
24 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Bayern”də keçirib. O, 34 oyunda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bəzi iddialara əsasən, “Çelsi” seneqallı hücumçunu bu yay təxminən 70 milyon avro qarşılığında satmağa hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



