“Şansım olanda “Mançester Yunayted”ə transfer olunsaydım…” – Rivaldo

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo “Liverpul”un forvardı Roberto Firmino ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqada 50 qol vuran ilk braziliyalı futbolçu olan Firmino haqqında danışan Rivaldo, onun yüksək səviyyəli futbolçu olduğunu deyib:

“Firmino Premyer Liqada 50 qol həddinə çatan ilk braziliyalı futbolçu oldu və bu uğura görə onu təbrik etməliyəm. O, qol vurmaq üçün xüsusi zövqü olan, əla xarakterə malik futbolçudur. Son dünya çempionatında o, əsas heyətdə yer ala bilmirdi. Amma görünür, 2022-ci ildə əsas heyət üçün əla şans qazanacaq, çünki o, artıq ən yaxşı forvardlardandır.

Şansım olanda “Mançester Yunayted”ə transfer olunsaydım, Firminonun “Liverpul”da etdiklərinə bənzər uğurları əldə edə bilərdim”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button