“Şamaxı” qapıçısı ilə vidalaşdı

Azərbaycan 1-ci Liqasının qalibi olan “Şamaxı” klubu qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.

Müqavilə müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.

“Şamaxı” 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button