“Şamaxı” növbəti transferini açıqladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

Ceyhun Bağırzadənin son komandası isə “Qəbələ-2” olub.

Xatırladaq ki, “Şamaxı” bunadək Sənan Muradlı, Emin Rüstəmov və Uğur Cahangirovu da heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button