“Şamaxı” 1-ci Liqanın qalibi oldu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sonuncu – 27-ci turun oyunları çərçivəsində doğma meydanda “Araz Saatlı”nı (3:1) məğlub edən “Şamaxı” I Liqanın çempionu olub.

Səfərdə “Mingəçevir”lə bərabərə qalan (2:2) “Qaradağ Lökbatan” isə mövsümü ikinci pillədə başa vurub.

Qeydə alınan nəticələrin ardından turnir cədvəliində “Şamaxı” 57 xalla lider, “Qaradağ Lökbatan” isə 54 xalla ikinci olub.

Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

1-ci Liqa
27-ci tur

22 may

MOİK – “İmişli” 2:1
Qollar: Ramil Orucov, 32. Nihad Qurbanlı, 83 – Maqsud Ələkbərov, 39.
Binə qəsəbə stadionu.

“Şamaxı” – “Araz Saatlı” 3:1
Qollar
: Davud Mahmudov, 9-öz qapısına. Bəhruz Teymurov, 57. Emin Zamanov, 90+6-pen – Abdulla Seydəhmədov, 61-öz qapısına.
Şamaxı şəhər stadionu.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 2:2
Qollar
: Elvin Əlizadə, 57. Xəyal Muradov, 90+4 – Xəlil Bəşirov, 11. Mehdi Tahirov, 27. 
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

“İrəvan” – “Karvan” 3:8
Qollar
: Vüsal Əsgərov, 19-pen. Fərid Kərimzadə, 45; 67 – Peter Kinqs, 9; 78. Emil Qasımov, 24; 40; 48. Ruslan Süleymanov, 28. İsmael Sanoqo, 80; 88.
“ASK Arena”.

“Difai Ağsu” – “Zaqatala” 1:1
Qollar
: Kamil Hüseynov, 87 – İbrahim Qədirzadə, 82-pen.
Ağsu şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button