Salah milliyə dəvət almayacaq

“Liverpul”un futbolçusu Məhəmməd Salah Misir millisinin mart ayında Afrika Millətlər kubokunun seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara dəvət almayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “liverpoolecho.co.uk” saytı məlumat yayıb. Xəbərdə, formal xarakter daşıyan görüşlər üçün Salahın milliyə çağırılmayacağı bildirilib.

Misir millisi martın 22-də Niger, 26-da isə Nigeriyayla qarşılaşacaq.

Misir millisi Afrika Millətlər Liqasında növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button