
Şahmat Olimpiadası: Azərbaycan millisi Gürcüstana uduzdu
Hindistanın Çennay şəhərində keçirilən 11-ci Şahmat Olimpiadası Azərbaycanın qadın millisi üçün başa çatıb.
Komanda.az xəbər verir ki, medal qazanmaq şansı olan yığma komanda son turda Gürcüstanla bacara bilməyib.
Azərbaycan – Gürcüstan 1:3
Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5
Xanım Balacayeva – Nino Batsiaşvili 0:1
Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5
Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1
Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin