Sabiq futbolçusundan “Mançester Yunayted”ə məsləhət

“Mançester Yunayted”in sabiq oyunçusu Nikki Batt, kluba “Tottenhem”in müdafiəçisi Mikki van de Ven ilə müqavilə imzalamağı məsləhət görüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:

“Mikki van de Ven əla oyunçudur. Sol ayaqlı mərkəz müdafiəçisinə sahib olmaq tarazlıq gətirir. “Mançester Yunayted”də Lisandro Martines oxşar üsluba malikdir, amma Van de Ven daha sürətli və daha güclüdür. Ona dərhal baxardım. “Tottenhem” aşağı liqaya düşərsə, digər klublar onların oyunçularını ucuz qiymətə almağa çalışacaqlar. Çox güman ki, “Tottenhem” maaş məsələsinə görə oyunçularını satmalı olacaq”.

Niderland millisinin üzvü olan Mikki van de Ven 2023-cü ildən “Tottenhem”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button