
Sabiq futbolçu Konteni İtaliya millisində görmək istəyir
“Latsio”nun sabiq hücumçusu Paolo Di Kanio, İtaliya millisinin ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmasından sonra komandaya rəhbərlik etməli olan baş məşqçinin adını açıqlayıb.
Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, o, bəzi mütəxəssislərin və azarkeşlərin “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı “sükan arxasında” görmək istədikləri barədə belə deyib:
“Bizə elə bir məşqçi lazımdır ki, artıq hər şeyi yaxşı bilsin. Məsələn, Antonio Konte (“Napoli”nin çalışdırıcısı) kimi biri”.
İtaliya millisi dünya çempionatında sonuncu dəfə 2014-cü ildə iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



