“Sabah”la “Zirə”nin 12-ci dueli

Həftəsonu Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

Komanda.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşacaq.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç bu komandalar arasında Premyer Liqada 12-ci olacaq.

Bu günə kimi keçirilmiş görüşlərdən 5-də “Sabah”, 3-də “Zirə” qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb (top fərqi 15-13). Səfərdə keçirilmiş oyunlarda da “Sabah”ın üstünlüyü var. Belə ki, bu görüşlərin 3-də “Sabah”, 1-də “Zirə” qalib gəlib, 2 matç isə heç-heçə nəticələnib (top fərqi 9-5).

Sentyabrın 18-də keçiriləcək “Zirə” – “Sabah” oyununa saat 19:15-də start veriləcək.