“Sabah”la “Neftçi” meydana şəhid övladları ilə çıxdı

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah” “Neftçi”ni qəbul edir.

Komanda.az xəbər verir ki, komandalar meydana 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid övladları ilə çıxıb. Şəhid uşaqlarının geyindiyi xüsusi köynəklərin üzərində “Mənim atam qəhrəmandır” ifadəsi həkk olunub.

Oyunun startından əvvəl şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button