
“Sabah”ın yay hazırlıq planı bəlli oldu
“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Komanda.az xəbər verir ki, komanda iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək.
Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
“Sabah” Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcəyik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



