“Sabah”ın məşqçisi: “Daha artıq çalışmalıyıq”

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Keşlə”ylə 1:1 hesablı bərabərliyə razılaşan “Sabah”ın baş məşqçi əvəzi Rövşən Babayev oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Azarkeşlərə və futbolçulara təşəkkür edirəm.
  • Elşad Əhmədovun vaxtında da uğursuzluq olurdu. İndi də ümumi oyun planında hansısa irəliləyiş yoxdu. Düşünmək olar ki, problem futbolçulardadı?
  • İnanırıq və çalışırıq ki, pillə-pillə irəli gedək. Bizdə nə futbolçularda promlemlər var, nə də digər sahədə. Sadəcə, bir qədər də artıq çalışmalıyıq.
  • Təmkin Xəlilzadənin etdiyi hərəkəti necə qiymətləndirirsiz? Milli üzvü bu hərəkəti etməlidi?
  • Bu hadisəni araşdıracağıq. Münasibətim çox pisdi.

Aygül Qarayeva