“Sabah”ın Gürcüstan toplanışı davam edir – VİDEO

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, komanda bu gün səhər saatlarında fitnes zalında növbəti məşqinə çıxıb. Futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

Axşam saatlarında isə “Zestafoni” təlim-məşq bazasında komandanın daha bir məşqi baş tutub.

“Sabah” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. Komanda iyulun 29-da vətənə qayıdacaq.