“Sabah”ın futbolçusu Şpiro Periçiç koronavirusdan sağalıb.
Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, 28 yaşlı müdafiəçinin koronavirus testinin nəticəsi neqativ çıxıb. Periçiç bu gün komandayla məşqə qoşulacaq.
“Sabah” mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirir.