İsayevin qayıdacağı vaxt bilindi

“Sabah”ın futbolçusu Aleksey İsayevin əməliyyat olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, İsayev 8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Son mövsümü “Sumqayıt”da keçirən İsayev, bir müddət əvvəl “Sabah”la 3 illik müqavilə imzalayıb.