“Sabah”ın futbolçusu 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 16-cı turu “Sabah”ın futbolçusu Elşən Abdullayev üçün əlamətdar olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmanın (0:1) gedişində meydana daxil olan, sonradan əvəzlənən yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Abdullayev bu görüşlərdə 9 qol vurub. İlk oyununu “Neftçi”də keçirən yarımmüdafiəçi ümumilikdə 5 klubda çıxış edib.