“Dinamo” ilə matça çıxıb, 3 məhsuldar ötürmə etdi – “Sabah”ın futbolçusu

“Sabah”ın Futbol Akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər.

Komanda.az xəbər verir ki, hər iki futbolçu “Dinamo”nun aşağı yaş qruplarının heyətində yoxlama oyununda meydana çıxıblar. Həmzəalı Zaqreb təmsilçisinin U-17 komandasının heyətində HASK klubunun U-19 komandasına qarşı matçda (10:0) meydana çıxıb.

Xəyal isə “Dinamo”nun U-18 komandasının heyətində “Kustoşiya” klubunun U-19 komandasına qarşı oyunda (4:0) şans qazanıb. Əliyev bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycanın U-17 və U-19 komandalarının üzvü olan Həmzəalı və Xəyal “Sabah” və “Dinamo” klubları arasında 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button