“Argentinanın finala yüksəlməsi yalnız Messinin sayəsində mümkün olub”

“Barselona”nın sabiq müdafiəçisi Karles Puyol, Lionel Messinin 2026-cı il dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu bunu deyib:

“Argentina millisinin finala yüksəlməsi yalnız Messinin sayəsində mümkün olub. Karyeramda mənə komanda yoldaşı olaraq verdiyi hər şeyə görə ona həmişə minnətdaram”.

Messi başa çatan turnirdə 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentina millisi finalda İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu Ferran Torres vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button