“Sabah”ın Avropa Liqasındakı potensial rəqiblərinin sayı azalıb

“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı dördə düşüb.

Bunlar “Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), “Sele” (Sloveniya) və “Spartak”dır (Trnava, Slovakiya).

Mərhələnin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində, saat 17:00-da başlayacaq. “Sabah” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button