“Sabah”ın 10 yaşlıları Tbilisidə çempion oldu

“Sabah”ın U-10 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edib.

Komanda.az xəbər verir ki, 6 komandanın iştirakı ilə, 1 dövrəli sistemlə keçirilən turnirdə ölkəmizdən “Sabah” və “Vətən”lə yanaşı, Gürcüstanın “Saburtalo”, “Saburtalo-2”, “Selero”, Qazaxıstanın “Spartak Junior” komandaları iştirak edib.

Bütün oyunlarını qələbə ilə başa vuran “Sabah” turniri birinci pillədə başa vurub.

“Sabah”ın U-10 komandasının turnir çərçivəsində keçirdiyi oyunlar:

Sabah – Saburtalo-2 (Gürcüstan) 7:0
Qollar: Nazim Əliyev, Fərid Həsənli, Yusif Ağayev, Camal Əkbərli (2), Əli Həsənov, Hüseyn Nəbili.

Sabah – Spartak Junior (Qazaxıstan) 5:0
Qollar: Nazim Əliyev (3), Fərid Həsənli, Ayxan Əliyev.

Sabah – Vətən (Azərbaycan) 4:2
Qollar: Nazim Əliyev (3), Cəlal Məmmədli.

Sabah – Selero (Gürcüstan) 7:1
Qollar: Yusif Ağayev, Atilla Əlisoy (2), Əli Həsənov (2), Süleyman Qafarzadə, Fərid Həsənli.

Sabah – Saburtalo (Gürcüstan) 5:1
Qollar: Nazim Əliyev (2), Ayxan Əliyev (3).

Turnidən sonra “Sabah” “Dinamo” (Tbilisi, Gürcüstan) ilə yoxlama oyununda qüvvəsini sınayıb. Görüş “Sabah”ın 5:1 hesablı qələbəsilə başa çatıb. “Sabah”ın qollarına Fərid Həsənli (4) və Nazim Əliyev imza atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button