“Sabah”ın ən böyük qələbəsi

“Sabah” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 9-cu turuna təsadüf edib.

Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə edib. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn bakılılar bu il aprelin 24-də “Şamaxı”nı üstələyib – 5:1.

Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah” “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button