
“Sabah”dan yeni transfer
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.
Gənc futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu “Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



