“Sabah”dan ayrılan futbolçu “Kəpəz”də – Rəsmi

“Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi Camal Cəfərovun keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Son klubu “Sabah” olan Camal müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib. Cəfərov 2023-2024 və 2024-2025-ci illər mövsümünü “Kəpəz”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button